Tornado answered
1609-cu ildə Vilyam Kilinq tərəfindən kəşf edilən bu adalar Kilinq adaları kimi də tanınır. 24 kiçik mərcan tipli adadan ibarət olan Kokos adaları Hind okeanında yerləşir və Avstraliyaya aiddir. Sahəsi 14 km²-a bərabərdir. Əhalisinin əksəriyyətini malaylar təşkil edir. Rəsmi dili ingilis dilidir. Cəmi iki adada əhali yaşayır Ust-Aylend və Xoum.
Kokos adaları dəniz səviyyəsindən cəmi beş metr hündürlükdə yerləşir. Rürubətli tropik iqlimə malikdir. Siklonlar oktyabrdan aprel ayına kimi davam edir. İçməli su yoxdur, yağış sularını təbii anbarlarda toplayırlar.