Tornado answered
Portuqaliyanın şəhəri olan Koimbra şəhəri ölkənin ilk paytaxtı olmuşdur. Hazırda, şəhər Koimbra vilayətinin və həm də, bələdiyyəsinin mərkəzidir.
Koimbra şəhərini məşhur edən səbəb Avropanın ən qədim universitetlərindən biri olan Koimbra universitetidir. Universitet öz zəngin tarixi ənənələrini və mədəni irsini qoruyub saxlayır.
Şəhər əhalisinin 3-dən biri birbaşa universitetlə əlaqəli insanlardır: müəllimlər, tələbələr və xidmət sahəsində çalışanlar.