Klaypeda limanı Litvanın böyüklüyünə görə üçüncü şəhəridir. Şəhər Baltik dənizinin Kurşsk körfəzində yerləşir. Danqe çayı şəhəri iki hissəyə bölür- solsahil qədim şəhər, sağsahil yeni şəhər adlanır.
İqlim mülayim dəniz iqlimidir. Buranın iqlimi Şimali Almaniya və Skandinaviyanın Cənubu ilə eynidir. Havanın tez-tez dəyişməsi müşahidə olunur. Yay sərin və yağıntılı, qış isə isti və dumanlı keçir. Güclü külək, bəzən qasırğa ilə nəticələnərək böyük təlafat yaradır.
Litvanın qərb hissəsinin iqtisadi mərkəzidir. Şəhər litva sahillərinin ən böyük limanıdır. Əsas sənaye sahələri- kimya, yeyinti, ağacemalı, mebel, gəmiqayırma və gəmitəmiri sayılır. 2002-ci ildə şəhərin kənarında azad iqtisadi zona yaradılıb. Şəhər yaxşı inkişaf etmiş nəqliyyat sisteminə malikdir.