Elvin Namazov answered
Kiyev Rus dövləti IX əsrdə yaranmışdır və Şərq Slavyanlarının təşəkkülündə əhəmiyyətli rol oynamışdır. Kiyev Rus dövlətinin qurucu ünsürü haqqında müxtəlif versiyalar vardır. Bir versiyaya görə Varyaqlardan Rürik Novqorod şəhərini ələ keçirir və ilk Rus knyazlığını qurur. Rus adı o dövr üçün slavyanlara deyil varyaqlara məxsus ad idi. Rürikin varislərindən Oleq Kiyevi tutaraq buranı paytaxt edir və Rus knyazlığı Kiyev Rus dövlətinə çevrilir. Yəni sülalənin idarə etdiyi ilk paytaxt şəhər Novqorod sonra isə Kiyev idi. Ama Kiyev Rus Dövləti olaraq baxsaq paytaxt Kiyevdir.
XI əsrdə dövlətin zəyifləməsi ilə Kiyev şəhəri artıq əhəmiyyətini itirməyə başladı. Ayrı-ayrı knyazlıq özünüidarə hüququ aldılar və Kiyev Rus Dövləti parçalandı.