Tornado answered
Kanada Arktika arxipelaqına aid olan Kinq-Vilyam adası ilk dədə 1830-cu ildə Ceyms Ross tərəfindən kəşf olunmuşdur. Materikə yaxın olan bu adanın sahəsi 13 111 km²-ə bərabərdir.
Adeleyd yarımadasının şimalında yerləşən bu adanın 3.5 km olan simpson boğazı vasitəsi ilə ondan ayrılır. Ada şərqdən və şimal şərqdən Butiya yarımadası ilə Rey və Ceyms Ross boğazları vasitəsi ilə ayrılr.
Əsasən düzən relyefə malik olan adanın ən hündür yeri Maunt-Mateson dağı olub hündürlüyü 137 m-ə bərabərdir. Adada yaşayış var və eskimoslar tərəfindən məskunlaşmışdır.