Kimlərin yaşadığı evlər viqvam adlanır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Viqvam adlanan bu evlər Şimali Amerikanın şimalında və şimal şərqində meşədə yaşayan hinduların evləridir. Çox da böyük olmayan bu evlər künbəzvari formada olurlar. Ancaq bəzən böyk viqamlarda 25-30 nəfərə yaxın adam yaşaya bilir. Hazırda viqamlardan ancaq milli ayinlərin keçirilməsi zamanı istifadə edirlər.

Viqvamların korpusları nazik elastik şivlərdən hazırlanır və üzərinə qamış, ağac yarpaqları, qarğıdalı yarpaqlaı ilə, ya da dəri və tikilməmiş kəsik parçalarla örtülür. Üzərinə çərçivə kimi taxta və ağac gövdəsi qoyulur. Üç metrə qədər hündürlüyündə olan giriş pərdə ilə örtülür.

0 points