Murguz Safarov answered
Kəskin bronxit bronx deyilən böyük tənəffüs yollarında virus, bakteriya və göbələklər tərəfindən yaradılan kəskin iltihabi xəstəlikdir.
Kəskin bronxit səbəblərinin ən başında tənəffüs yolları virusları gəlir. Kəskin bronxit əsasən İnfluenza, Parainfluenza, Coryza (soyuqdəymə) virusu, adenoviruslar və respiratory syncytial viruslar tərəfindən yaranır. Bakteriyalarla meydana gələn kəskin bronxitlərə nisbətən daha az rast gəlinir. Kəskin bronxitə səbəb olan bakteriyaların ən başında hemophilus influenza, pnömakoklar, streptakoklar və stafilokoklar gəlməkdədir. Nadir olaraq candida və aspergillosa növü göbələklər kəskin bronxitə səbəb ola bilərlər.