Kəskin bronxit şikayətləri?

Tibb Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Ümumiyyətlə xəstəlik burun və boğaz infeksiyası şəklində başlayır. Bəzən üst tənəffüs yollarına aid hər hansı bir şikayət olmadan kəskin bronxit simptomları görülə bilər. Xəstəliyin başlanğıcında tez-tez təkrarlayan və quru öskürək olur. Bir neçə gün sonra öskürəklə birlikdə bəlğəm şikayətidə olur. Əvvəl normal xüsusiyyətdə olan bəlğəm bir müddət sonra iltihabi bir xüsusiyyət qazanır. Bəzi hallarda yüksək hərarət, halsızlıq şikayətləridə görülə bilir.

Bəzi xəstələrdə böyük hava yollarının zədələnməsinə bağlı olaraq inkişaf edən sinə ağrısı da ola bilər.

0 points