Kenqurular haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kenqurular fəsiləsinə aid olan heyvan növü olub ən çox Avstraliya və Yeni Zelandiyada yaşayırlar. Onların maraqlı xüsusiyyətlərindən biri də balalarının çox kiçik olmasıdır.Təxminən 2-2.5 sm uzunluğunda olurlar və 9 kiloqram olana qədər analarının kisəsində yaşayırlar. Kenqurunun arxa pəncələri böyük və qabaq pəncələri isə kiçik olur.

Böyük quyruq və dar çiyinə malik olurlar. 12 metr uzunluğuna və və 3 metr hündürlüyünə tullana bilirlər. Kenqurular əsasən ot və meyvə ilə qidalanırlar. Onların orta ömrü 6 il olur, vəhşi təbiətdə isə növündən asılı olaraq 20 il də yaşaya bilirlər.

Kenquru Avstraliyanın qeyri rəsmi atributu sayılır və Avstraliyanın gerbində, bir neçə dəmir pullarının üzərində kenquru şəkli həkk olunub.

0 points