Tornado answered
Kenquru adası Avstraliyanın Tasman və Melvill adasından sonra 3-cü böyük adasıdır. Adanın sahəsi 4405 km², ən hündür yeri dəniz səviyyəsindən 307 metr hündürlüyə malikdir.
Ada materik mənşəli olub 10 000 il bundan qabaq Avstraliyadan ayrılıb. Aparılan araşdırmalara görə adaya aborigenlər 11 000 il əvvəl gəlmişlər.
Təxminən eramızdan əvvəl 200-cü illərdə məlum olmayan səbəbdən adanı tərk etmişdilər. Ölkənin əsas iqtisadiyyatı kənd təsərrüfatı, turizm və balıq ovundan asılıdır.