Tornado answered
Əhalinin qidaya olan təlabatını ödəyən və bir sıra sənaye sahələri üçün (yeyinti, yüngül) xammal istehsal edən təsərrüfat sahəsidir.
Dünyada olan fəal əhalinin bir milyarda yaxını kənd təsərrüfatında çalışır. Lakin ölkələr üzrə bu göstərici fərqlidir. Məsələn, inkişaf etmiş ölkələrdə fəal əhalinin çox az faizi kənd təsərrüfatında çalışır. İnkişafda olan ölkələrdə isə fəal əhalinin demək olar ki, 70-80%-i kənd təsərrüfatında çalışır.
Kənd təsərrüfatı ilə birbaşa və dolayısı ilə əlaqəsi olan elm sahələri aşağıdakılardır: heyvandarlıq, bitkiçilik, aqrokimya, meliorasiya, meşətəsərrüfatı və s. İlk əhliləşdirilmiş heyvanlar və əkilən bitkilər 10 000 il əvvəl ilkin sivilizasiya regionlarında (Ön Asiya, Mesopotamiya, Misir) əmələ gəlmişdir.