Tornado answered
Kayetur şəlaləsi Cənubi Amerikada Qayana ərazisində Potaro çayının (Essekibo çayının qolu) üzərində yerləşir. Şəlalə 1870-ci ildə Britaniyalı Çarlz Barrinkton Braun və onun geoloji dəstəsinin üzvləri tərəfindən aşkar edilmişdir.
Şəlalə Venesuela sərhədinə yaxındır. Şəlalənin hündürlüyü 226 metrə bərabər olub Niaqara şəlaləsindən 5 dəfə, Viktoriya şəlaləsindən iki dəfə böyükdür. Kayetur şəlaləsi Kayetur milli parkının ərazisində yerləşir. Şəlalə uzun müddət Avropalılara məlum olmayıb.
Kayetur şəlaləsinin yerləşdiyi ərazi zəif öyrənilmişdir.
