Kataloniya İspaniyada yerləşən muxtar vilayətdir. Bu vilayət Preney yarımadasının şimal şərqində Aralıq dənizi sahili ilə yarımada arasında yerləşir. Vilayətin sahəsi 32 114kv.km-dir. Rəsmi dilləri katalon, ispan və oksitan dilləridir. Tarixi Kataloniya ərazisi müasir Kataloniya muxtar vilayəti və Fransanın şərqi Preney bölgəsindən ibarət idi. 11 sentyabr 1714-cü il V Flipp Kataloniya, Araqon və Valensiyanı Müstəqil dövlət kimi ləğv etdi və yeridə İspaniya dövlətini yaratdı. O vaxtdan Kataloniyanın müstəqilliyinə son qoyuldu.
Kataloniyanın şimal sərhəddi Fransa və Andorra ilə sərhəddən keçir, Qərbdən Araqon vilayəti cənub qərbdən isə Valensiya ilə sərhəddə malikdir. Kataloniyanın böyük şəhərləri Barselona, Tarraqona, Leyda, Jirona, Manresa, İqualada,Terrassa, Sabadeldir. Aralıq dənizi sahili boyu çoxsaylı çimərlikləri var.
İqtisadi cəhətdən Kataloniya İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır. İspaniyanın ÜDM-nun 23%-i Kataloniya verir. Əhalinin hər nəfərinə düşən ümüm daxili məhsul isə Almaniya ilə eynidir. İspaniyanın iri sənaye sahələri, maşınqayırma, kimya, tikiş sənayesinin çox hissəsi Kataloniyadadır. Baxmayaraq ki, 1979-cu ildən Kataloniyaya müstəqillik verilib (Kataloniya parlamenti 135 deputatdan formalaşır və dörd ildən bir prezident seçilir) lakin, hazırda Kataloniya müstəqillik almağa can atır.