Tornado answered
Karst prosesi yeraltı suların suda həll olan süxurlarla təmas etdiyi yerlərdə, süxurların suda həll olaraq axıb getməsi nəticəsində yaranan boşluqlardır. Bunun nəticəsində mağaralar, göl çuxurları, karst qıfları və s. yarana bilir. Prosesin adı onun ən çox rastlandığı Sloveniya ərazisində yerləşən Karst platosunun adından götrülüb.
Əhəngdaşlı süxurlardan ibarət olan bu yerdə karst relyef formaları üstünlük təşkil edir. Karst prosesi ən çox gips, dolomit, əhəngdaşı, daş duz kimi süxurların yayıldığı ərazilərdə baş verir.
Ən böyük karst mağarası ABŞ-da yerləşən Mamont Flint mağarasıdır. Mağaranın uzunluğu 557km-dir, dərinliyi 115m olmaqla 20 ayrı zaldan ibarətdir. 1797-ci ildən açılıb və 1941-ci ildən Milli Park elan olunub.