Tornado answered
Karpat dağları mezazoy erasının ikinci yarısından əmələ gəlməyə başlamışdır. Alp dağlarına nisbətən daha qədim dağdır. Kiçik Karpatlardan başlayaraq Şərqi Serbiya dağlarına qədər 1300 km məsafədə uzanır.
Dağlar əsasən Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Ukrayna, Serbiya ərazisində yerləşirlər. Dağların yerləşdiyi bütün ölkələrdə turizmin inkişafı üçün əlverişli şərait var. Bu ölkələrdə çox sayda sanatoriya, kurort, istirahət mərkəzləri fəaliyyət göstərir.