Karbohidratlar enerji yaratmaqda niyə birinci sırada sayılır?
Tornado answered
Əslində yağlar karbohidratlardan daha çox enerji yaradır. Ancaq orqanizmin enerji ehtiyacını ödəmək üçün daha çox karbohidrat məsləhət görülür. Bunun səbəbi karbohidratların mədədə daha yaxşı həzm olmasıdır və karbohidratların həzmi ağızdan (tüpürcək ilə) başlayır. Karbohidrat malekulu mədədən keçərkən artıq qana qarışmağa hazır olur.
Yağların həzmi isə daha mürəkkəbdir. Buda enerjinin yaranma prosesinin daha çox vaxt tələb etməsi deməkdir. Yağların parçalanıb qana qarışması üçün qaraciyər də funksiyasını yerinə yetirməlidir və buna görədə həzm olunmuş karbohidratdan daha tez enerji alındığı üçün yağ molekulları depolanır. Bu səbəbdəndə arıqlamaq üçün pəhrizlərdə daha az karbohidrat istifadə edilməsi məsləhət görülür.