Tornado answered
Kanto və ya Tokio düzənliyi adlanan bu düzənlik Yaponiyanın Kanto regionunda yerləşir. Sahəsi 13 min km² olan düzənlik region ərazisinin 40%-ə qədərini əhatə edir.
Düzənliyin səthi vulkan külü ilə və Pleystosen (bu epoxa neogenin sonu və antropogenin əvvəlini əhatə edir) çöküntüləri ilə örtülmüşdür.
Düzənlik mülayim rütubətli iqlimə və sıx çay şəbəkəsinə malikdir. Çayların ən irisi Sakit okeana tökülən Toneqavadır.