Kano-Kristales harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Cənubi Amerikada Kolumbiya ərazisindən axan Kano-Kristales çayı Orinoko çayının dördüncü dərəcəli qoludur. Çay Mərkəzi Kolumbiyada yerləşən Meta əyalətinin ərazisindəki Makarena sıra dağlarından başlanır.

Çayda yaşayan müxtəlif rəngli yosunlara görə çay rəngini dəyişir. Elə buna görə də çaya müxtəlif adlarla müraciət edirlər. “Beş rəngli çay“, “Dünyanın ən gözəl çayı“ və s.

Kano-Kristales şayının şəffaf sularında 1 metr dərinliklərində də bu gözəlliyi görmək mümkündür. Al qırmızı rəngi endemik bitki olan Macarenia calvigera yaradır, bundan başqa burada sarı, yaşıl, qara, mavi və s. rənglərdə olan yosunlara rast gəlinir. Ərazidə Serrania de la Makarena milli parkı yaradılmışdır.

Kano-Kristales çayı turistlərin ən cox xoşladığı yerlərdəndir.

0 points