Tornado answered
Kanadanın mərkəzində Saksaçevan vilayətində yerləşən buzlaq mənşəli göldür. Sahəsi 6650 km² olan bu göl noyabrdan iyuna qədər buzla örtülü olur. Sahilləri kəskin parçalanmış göldə çoxlu sayda ada vardır. Gölün cənub qurtaracağında dərinliyi 220 metr olan Mavi buxta 100 milyon il əvvəl meteorit düşməsi nəticəsində yaranmışdır.
Balıqçılıq üçün əlverişli olan göldən Maral və Çörçil çayları üzərindəki bəndin köməyi ilə Hudzon körfəzinə və dünya okeanına çıxmaq mümkündür. Gölün təmiz və dərin suları balıqçılıq sənayesinin yaranmasına kömək edir.