Malay arxipelaqının mərkəzində yerləşən bu ada böyüklüyünə görə dünyada üçüncü, Asiyada isə birinci yerdə durur. Ada 1521-ci il Magellanın ekspedisiyası tərəfindən kəşf edilmişdir və oranı Borneo adlandırmışdılar. İndöneziyalılar isə adanı Kalimantan adlandırırlar.
Kalimantan adasında üç dövlət yerləşir. Adanın ən çox hissəsi İndoneziyaya məxsusdur, ikinci Malayziya, ən az hissəsi isə Bruney Sultanlığına düşür.
Əslində Kalimantan adanın ancaq İndoneziya hissəsində qalan hissəsidir. Adanın əsl adı "Borneo"-dur.
Ada 3 ölkənin ərazisində yerləşir, şimalı Malayziya və Bruney, cənubu İndoneziyaya məxsusdur. Bruney tam olaraq adada yerləşsədə, adanın cəmi 1%-nı təşkil edir.
Malayziya ərazisində yerləşən Kinabalu dağı adanın ən yüksək zirvəsidir. Adada borneo aranqutanı, borneo fili, borneo dumanlı leopardı kimi nadir heyvanat aləmi var.
Adanın aborigen xalqı dayaklardır, tarixin müxtəlif dövrlərində ingilislər, hollandlar və yaponlar tərəfində işğal olunub.