Tornado answered
Sakit okeana aid olan Kaliforniya körfəzi Kaliforniya yarımadası ilə Şimali Amerika materiki arasında yerləşir və Meksika sahillərini yuyur. Meksikalılar bu körfəzi Kortes dənizi adlandırırlar. Alimlər körfəzin təxminən 5-6 milyon il əvvəl yer qabığının sınması nəticəsində yarandığını deyirlər. Körfəzin orta dərinliyi 800 metr olub okeana yaxınlaşdıqca dərinlik artır, maksimal dərinlik 3292 metrə bərabərdir.
Kaliforniya körfəzinə tökülən ən böyük çay Kolorado çayıdır.
Suda temperatur qış aylarında +15 və cənubda +21 dərəcə, yayda isə +28 - 29 dərəcə olur.
Körfəz sahillərində Aşağı Kaliforniya, Cənubi Kaliforniya, Sonora və Sinoloa ştatları yerləşir.
Körfəzdə iki böyük ada: Anhel-de-la-Quarda və Tiburon adaları və bir neçə kiçik ada var.