Tornado answered
ABŞ-ın qərbində yerləşən Kaliforniya ştatını bəzən “Dövlət içərisində dövlət“ adlandırırlar. Ərazisinə görə ABŞ-ın 3-cü əhalisinin sayına görə 1-inci ştatıdır. Mərkəzi Sakramento şəhəridir. Ən böyük şəhərləri Los Anceles, San Dieqo, San Xose və San Fransiskodur.
Los Anceles şəhərində yerləşən Hollivud dünya kinomatoqrafiyasının mərkəzi kimi tanınır. Ştatda müasir iqtisadiyyat sahələrinin demək olar ki, hamısı inkişaf edib. Aerokosmik sənaye, informasiya texnologiyaları və s. Kaliforniya ştatının əsas inkişaf etdiyi iqtisadiyyat sahələri sənaye, ticarət, nəqliyyat, təhsil, səhiyyə və turizmdir.