Kakaonun vətəni hansı ölkədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kakao və ya şokolad ağacı adlandırılan bu bitkinin vətəni Latın Amerikası ölkələrinin tropik meşələridir. Bitki əmənköməncilər fəsiləsinin teobrom cinsinə aiddir. Təbii olaraq And dağlarının ətəklərində, Amazon və Orinoko çayının hövzələrində bitir.  Kakaonun toxumlarından şokolad istehsalında istifadə edilir. Mərkəzi Amerikaya mayaların gətirdiyi güman edilir.

Əvvəllər yerli hindular kakaonu su və ədviyatla qarışdıraraq içki hazırlayırdılar. Böyük kəşflərdən sonra ispanlar tərəfindən Avropaya gətirilən kakao çox tez bir zamanda məşhurlaşdı. Hazırda Afrika və Amerikanın bir çox ölkələrində kakao becərirlər.

Dünyada kakao istehsalına görə 1-ci yerdə Kot-d-İvuar durur. Ondan başqa İndoneziya, Qana, Braziliya, Nigeriya, Kamerun kakao istehsalında öndə gedirlər.

0 points