Tornado answered
Afrika materikinin qərbində Atlantik okeanında yerləşən bu adalar azərbaycan dilində “Yaşıl burun adaları” adlanır. Adalar qrupunun ən böyükləri Santyaqo, Santo Antao, Boa Vista adalarıdır.
Adalarda əhali 1456-cı ildən sonra məskunlaşmağa başlayıb. Əhali Portuqliyadan köçənlər və qullardan formalaşmışdır. Hazırda orada yaşayan əhalidən daha çox əhali ABŞ, Portuqaliya, Anqola və digər Avropa və Afrika ölkələrinə köçmüşlər. Adalarda mövcud olan Kabo-Verde Respublikasının paytaxtı Praya şəhəridir.