Jetlaq organizmin bioloji saatı ilə səyahət edilən yerin saatının uyğunlaşmaması və orqanizmin bu zaman səndələməsi deməkdir.
Jetlaq zamanı yorğunluq, yuxusuzluq, qəbizlik, ishal, diqqət azalması kimi problemlər ola bilir.
Şəxsi təcrübəmdə belə bir problem yaşamamışam. Əlbəttə, bunun səbəbi saat fərqinin maksimal olaraq 3-4 saat olan ölkələrə səyahət etməyim ola bilər. Ancaq daha çox zaman fərqi olan ölkələrə səyahət etdikdə bunun olması normaldır. Buna əslində qısa zamanlı depressiyada deyə bilərik.
Tibbi tərəfindən nəzər salsaq orqanizmimizin günlük vərdişlərini qaydaya salan bir bioloji saat var. Beyinin kiçik bir hissəsində olan epifiz vəzinin ifraz etdiyi melatonin hormonu bu saatı idarə edir. Ən çoxda şərqdən qərbə fərqli zaman qurşaqlarında səyahət etdiyinizdə orqanizmin bioloji saatının pozulmasına səbəb olur.
Günlük ritm orqanizmdə meydana gələn biokimyəvi, fizioloji və psixolojik dəyişmələr 24 saatı əhatə edir. Bunları idarə edən melotanin ifrazında işıqdan asılıdır. Gecə saatlarında artan melotanin ifrazı səhərin ilk işıqları ilə azalmağa başlayır.