İstiqaməti nəyin köməyi ilə müəyyən edirlər?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İstiqaməti təyin etməyin müxtəlif yolları mövcuddur. Bunlardan ən dəqiq təyin etmək kompas və bussolla mumkündür. İlk kompas eramızdan əvvəl 3-2-ci minilliklərdə Cində kəşf olunmuşdur. Qayıqvari maqnitdən ibarət olan bu kompasda "qayığın" bir ucu kürəyə, digər ucu isə oxa bənzəyirdi. XI əsrdə Cində balıqvari kompas icad etdilər ki, burada "balıq" sərbəst şəkildə suda üzərək istiqaməti göstərirdi.

XI əsrdə yaşamış Cinli alim Şen Qua  istiqaməti suda yox havada göstərən daha müləmməl kompas ixtira etdi ki, bu kompas müasir kompaslara daha yaxın idi. XIII əsrdə kompas Avropaya gətirildi (ilk İtaliyaya sonra da digər ölkələrə). İstifadə etdiyimiz kompası 1443-cü ildə portuqaliyalı Pyer Qarisa Ferdinand icad etmişdir.

0 points