Tornado answered
İslandiyanın paytaxtı olan Reykyavik şəhəri dünyanın ən şimalda olan paytaxt şəhəridir. 9-cu əsrdən əsası qoyulan bu şəhər 1786-cı ildə şəhər statusu almışdır.
1865-ci ildə islandiyada olmuş Amerikalı səyyah ,oranın çox iyrənc bir yer olduğunu demişdi. Hal-hazırda Reykyavik dünyanın ən təmiz şəhərləri içərisində öndə gedənidir.
Bu səhəri məcazi mənada “Vulkanlar ölkəsinin” və ya “Göy qurşağı ölkəsinin” paytaxtı da adlandırmaq olar. Şəhərin istilik sistemi qeyzerlərdən gələn su ilə qızdırıldığına görə onu bacasından tüstü çıxmayan şəhər də adlandırırlar.