Murguz Safarov answered
İshal (diareya) bağırsaqlarda olan mayenin lazım olan qədər sorulmaması və ya bağırsaqda artıq mayenin sərbəst buraxılması ilə çox tez-tez nəcis ifrazı halıdır. İshalın əsas səbəbi bağırsaq infeksiyalarıdır. Səbəblər arasında norovirus və ya rotavirus kimi viruslar, campylobacter, escherichia colo, salmonella və ya şiqella kimi bakteriyalarda var. Bundan başqa parazitlər, həyəcan və ya şok halı, spirtli içkilərin həddindən artıq qəbulu, bəzi qida allergiyaları, apendisit və bəzi dərman maddələridə səbəb ola bilir.