İran yaylası Ön Asiyanın ən böyük yaylası sayılır. Yayla şimaldan Qafqaz dağları, Xəzər dənizi, Kopetdağla, şərqdə Hindiquş dağları, Qərbdə Zaqros dağları, cənubda Oman körfəzi, Hörmüz boğazı və İran körfəzi ilə əhatə olunmuşdur.
Yayla Avrasiya Litosfer tavasının bir hissəsi olub onun Ərəbistan və Hind-Avstraliya tavası ilə sıxılma zonasında yerləşir. Yayla bir neçə dağ sisiləsi ilə əhatə olunmuşdur: şimalda Elburs dağları və Dəməvənd vulkanı, Türkmən-Xorasan dağları və şərqdə Hindiquş dağları. Yaylanın ətrafında cavan Alp qırışıqlığı zonası olduğuna görə seysmiklik yüksəkdir. Ərazi neft, metal filizləri, firuzə və başqa faydalı qazıntılarla zəngindir.
İqlimi subtropik iqlimin kontinental tipidir. Yay çox isti, qış isə ilıq keçir. Yağıntının miqdarı çox azdır.