Tarixən Çin ,Yapon ipəyinin Avropaya gətirmək məqsədi daşıyan bu yol Çində Xan sülaləsinin ( b.e.əvvəl 206-cı il - b.e.220-ci il) hakimiyyəti dövründən fəaliyyət göstərməyə başlamışdır. Sonralar bu yolla qızıl, gümüş, mirvari, briliant, barıt, musiqi alətləri, keramik məmulatlar və s.daşınmışdır. Gediş gəlişi çox da rahat olmayan bu yol Hindistana dəniz yolu kəşf edildikdən sonra bir qədər əhəmiyyətini itirmişdi.
1991-ci il Avropa Birliyi yeni yaranmış Müstəqill dövlətlərdə aparılan demokratik islahatlar və bazar islahatlarına kömək məqsədi ilə təsis edilmiş TASİS proqramı layihəsi əsasında 1993 cü ilin mayında “Avropa -Qafqaz - Asiya Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA) “ proqramı Brüssel konfransında Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni yaranmış dövlətlərinin razılığı ilə qəbul edilmişdir. Bu yolun bərpası tarixən mövcud olmuş Avropa və Asiya arasında İqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün çox əhəmiyyətlidir.