İnternet üzərinden pul qazanmaq üçün iqtisadi biliklərin olması vacibdirmi?
Qısa cavab olaraq, xeyr vacib deyil deyə bilərəm. Amma İnternetdən pul qazanmağın yolları və hansında iqtisadi biliklərin (əsasən marketinqin) xeyri ola biləcəyini yazmaq istəyirəm. Deməli İnternetdən pul qazanmağın əsas növləri bunlardır.
1. İnternetdə proqramlaşdırma, dizayn və sairə sahələrlə məşğul olmaqla pul qazanmaq. Burada lazım olan qabiliyyətlər - 1.1 Programist vəya dizaynı bacarmaq. 1.2 İngilis dili vəya digər məşhur olan (çin vəya ispan) dilləri bilmək.
2. İnternetdə sayt açıb pul qazanmaq. Burada biznes və marketinq (iqtisadiyyatın sahələri) lazım olacaq, çünki hər bir biznes kimi, tanıtma kanallarını bilməlisiniz və biznesə qoyduğunuz sərmayənin geriyə qayıtması üçün dəqiq planınız olmalıdır (Biznes plan adlanır).
3. İnternetdən tələbələrinizə dərs keçmək, bunun üçün sizə lazım olan fənni vəya ixtisası bilməlisiniz, iqtisadiyyatla əlaqəsi yoxdur.
4. İnternetdən konsaltinq xidmətləri göstərmək, bunun üçün yaxşı porfolionuzun olmağı lazımdır - əgər biznesinin saytı varsa və orda əlaqəli məqalələr yazırsınızsa daha rahat olacaq. Əgər konsaltinq sahəniz iqtisadiyyat deyilsə, iqtisadiyyatla əlaqəsi yoxdur.
5. İnternetdən səhmlərin alıb satılması. Bunun üçün iqtisadi qabiliyyət çox gərəklidir, həmçinin çox riskli biznesdir Risklər qumar kimi olmasada, normal bizneslərə baxanda xeyli artıqdır.
6. Internetdə kiçik işlər görüb pul qazanmaq. Kiçik işlər dedikdə 1 saata kimi görə biləcəyiniz işləri nəzərdə tuturam. Misal, məqalə yazmaq, internetdə müəyyən şirkəti tərifləmək və sairə. İqtisadiyyat lazım deyil.
7. İnternetdə fiziki məhsulları alıb satmaq. Son zamanlar çox məşhurdur, əsasən qərb ölkələrində çində istehsal olunan məhsulları öz brendləri altında internetdə satmaq. Burda iqtisadi bacarıqlar gərəklidir.
8. Virtual Assistant olaraq işləmək, burada işəgötürənin tələblərindən çox şey asılıdır. Amma 99% ehtimalla iqtisadiyyat lazım olmayacaq.
9. İnternetdə tərcüməçi olaraq işləmək, tərcümə elədiyiniz dilləri bilmək kifayətdir, iqtisadiyyat lazım deyil.