İnsan Qorilladanmı yaranıb?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Xeyir, təkamül təlimi insanın qorilladan yarandığını demir, insanla qorillanın eyni kökdən gəldiyini deyir. Təkamül prosesi bir neçə ildə deyil milyonlarca ildə olduğunuda nəzərə alaq. Yəni bundan milyonlarca il əvvəl yaşamış nə insan nədə qorilla olan bir canlının iki fərqli şəkildə təkamül edərək insan və qorillanı ayrı-ayrı meydana gəlmə fikri daha doğru olar. Təkcə qorilla deyil şimpanze və digər primatlarda insanla oxşar xüsusiyyətlərə malikdirlər.

Şimpanzenin qanında olan hemoqlabin proteini insan qanında olan hemoqlabin proteini ilə eynidir. Genetik araşdırmalar isə insan və qorillanın DNT-sinin bir-birinə çox oxşadığını sübut edir. Dnt analizlərinə və bütün araşdırmalara əsasən insan və qorillanın bir-birinə çox yaxın olduqları fikri olduqca məntiqə uyğundur.

0 points