İnsan niye darıxır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Çox hərəkətli zaman keçirdən vaxtlarda, həyatından razı olduğunuz zamanlarda kimsə üçün darıxmazsınız. Lakin, bu hərəkətli zamanlarda durğunluq olduqda, həyatınızdan əvvəlki qədər razı deyilsinizsə beyin sizin daha xoşbəxt olduğunuz zamanları refleks olaraq axtarır. İndiki zamanla keçmiş zamanı müqayisə edir. Buna həmdə serotonin fermentinin səviyyəsini saxlama prosesidə deyə bilərik.

Beyin dinamik bir orqandır və bu səbəbdən xatırlama çox qarışıq proseslərin bütünüdür.

Serotonin fermentinin tənzimlənməsi amiqdala üzərində darıxmaq deyə adlandırdığımız duyğunu hiss etdiyimiz neyro-kimyəvi proseslərin cəmidir.

Amiqdala beynin hər iki hissəsində temporal lobların dərinliyində yerləşən badam formasındakı iki balaca strukturdan ibarətdir (corpus amygdaloideum).

Qorxu başda olmaqla hisslərin yoxlanılmasından məhsul olan amiqdala simpatik sinir sisteminin aktiv olunması üçün hipotalamusa, refleksləri artırmaq üçün talamik retikulyar nüvəyə, üzdə qorxu ifadəsini yaratmaq üçün fasial və trigeminal sinir nüvələrini qıcıqlandırır.

0 points