Tornado answered
Gəmi üzən qurğular olub müxtəlif məqsədə xidmət edirlər: nəqliyyat gəmiləri, sənaye gəmiləri, səyahət gəmiləri və sairə. Gəmiqayırma iri həcmli gəmilərə ehtiyac hiss olunan zamandan meydana gəldi.
İlk inkişaf etmiş gəmiqayırma müəssisələri Qədim Misirdə, Finikiyada, Qədim Çində mövcud olmuşdur. Orta əsrlərdə artıq iri həcmli gəmilər Bizansda, Aralıq dənizi ətrafında, Şimali Avropada və Qədim Rusiyada inşa edilmişdir.
XX əsrin ortalarına qədər Avropa ölkələri gəmiqayırmada öndə gedirdi. 1960-cı illərdən sonra Yaponiya ön plana geçdi və ən böyük gəmi istehsalçısı Yaponiya oldu. 2015-ci ildən bəri Cənubi Koreya Respublikası gəmi istehsalına görə dünyada liderlik edir.