Hörümçəklər su altında tor qura bilirmi?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Bəli, bəzi hörümçəklər su altında yaşayır və tor qura bilir. Bunlar su hörümçəkləridir (Argyroneta aquatica). Bu hörümçəklər həyatlarını su altında keçirir və nadirən quruya çıxır. Bu hörümçəklərin çoxu göllərdə və çaylarda yaşayır. Asiya və Avropanın mülayim iqlimli bölgələrində rast gəlmək olur.

Torunu su altında yetişən bitkilərin ətrafında hörürlər. Bu hörümçəklər müəyyən vaxt aralıqları ilə su üzünə çıxır və hava qabarcıqları toplayırlar. Topladığı hava qabarcıqlarını torunda birləşdirir və böyük bir hava qabarcığı əmələ gətirirlər.

Torun əsas funksiyası bu hava qabarcığını saxlamaqdır. Hava qabarcığını öz böyüklükləri ölçüsündə düzəldirlər və qışı həmin qabarcığında keçirirlər. Bu tədbir sayəsində yuvaya daşınan hava qabarcığındakı oksigen hörümçəyə qışı keçirəcəyi 4-5 ay ərzində kifayət edir. Argyroneta - gümüş tor deməkdir.

0 points