Honq Konq şəhəri haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Honq Konq Şərqi Asiyada müstəqil idarəetmə sisteminə malik olan bir ölkədir. XVII əsrdən Britaniyanın nəzarətində olan bu bölgə 1997-ci ildən Çin Xalq Respublikasına qaytarılmışdır. Ərazisi 9672 km²-ə bərabər olub Honq Konq, Lantau və irili xırdalı 260 adadan, Koulun yarımadasından, Yeni ərazidən ibarətdir. 

Asiyanın yüksək həyat səviyyəsinə malik, elm, mədəniyyət və maliyyə mərkəzlərindən biri də Honq Konq sayılır. Ölkə çox yüksək həyat səviyyəsinə malik olması ilə fərqlənir.

Honq Konq isti rütubətli iqlimə malik olub ən soyuq ayın temperaturu +16 dərəcədir.

Honq Konq keçən əsrin 50-ci illərindən sürətli inkişafa başladı. Bunun əsas səbəbi ucuz işçi qüvvəsinə malik olması, əlverişli coğrafi mövqeyi, iqlim şəraitinin yaxşı olmasıdır.

Hazırda Honq Konq adambaşına düşən milli gəlirinə görə dünyanın inkişaf etmiş ölkələrini ötüb keçmişdir.

0 points