Təxmini hesablamalara görə hidrosferin ümumi həcmi 1.5 milyard kub km-ə bərabərdir. Bu suyun 94%-i Dünya okeanında cəmlənmişdir. Hidrosferdəki sulara atmosfer suları (bunlar hidrosferin çox cüzi bir hissəsini təşkil etdiklərinə görə bəzən onları hidrosferin tərkib hissəsinə aid etmirlər), dünya okeanındakı sular, bunlara aiddir: okeanlar, dənizlər, körfəzlər, boğazlar və quru suları. Quru suları yeraltı sulara (qrund və laylararası sular), çaylar, göllər, bataqlıqlar, buzlaqlar aiddir.
Yeraltı sular özlüyündə istifadə üçün əlçatan, sirkulyasiyada iştirak edən və sirkulyasiyada iştirak etməyən deyə 3 qrupa ayrılırlar. Buzlaqlardakı sular hidrosferin çox az bir hissəsini təşkil etsə də yer üzərində olan şirin su ehtiyatının 90%-i bu suların payına düşür.