Hidrosfer yerin su təbəqəsidir.Yunan dilindən tərcümə etdikdə "hidro"-su, "spariya" isə sfera, kürə deməkdir, daha dəqiq desək hidrosfer yerin su təbəqəsidir. Bu təbəqəyə Dünya okeanı (dənizlər, körfəzlər, boğazlar), quru suları (çaylar, göllər, yeraltı sular) daxildir. Planetdə olan suyun həcmi 1390 milyon kv.km-ə bərabərdir. Bu atmosferin həcmindən 275 dəfə böyükdür.
Hidrosferdə olan suyun çox hissəsi okean sularının payına düşür. Okean suları planetdə olan suların 96.4%-ni təşkil edir. Buzlarlar bu suyun 1.86%-ni, yeraltı sular 1.68%-ni, səth suları isə cəmi 0,002%-ni təşkil edir.
Okean suları Yer səthinin 71%-ni örtmüşdür. Onun qalınlığı orta hesabla 3800m-ə bərabərdir. Okean sularının tərkibinndə həll olmuş duzlar və qazlar mövcuddur. Yerdə su kütləvi lava püskürməsi ( Yerin planetar inkişafının "Ay erası" zamanı) zamanı ayrılan su buxarının kondensasiyası nəticəsində yaranmışdır. İlk yaranan bu sular "ilkin" və ya "yuvenil sular" adlanırdı.