Hepatit C nədir?

Tibb Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Hepatit C (HCV) virusun infeksiyasi nəticəsində meydana gələn bir qaraciyər xəstəliyidir. Xəstəlik mülayim bir formada bir neçə həftə davam edə bilər və ya ömür boyu davam edən xəstəliyə səbəb ola bilər. HCV adətən qanla yayılır.

Hepatit C kəskin və xroniki ola bilir. Kəskin hepatit C bədənə daxil olduqdan sonra 6 ay ərzində baş verən qısa müüdətli bir xəstəlikdir. Xəstələrin çox hissəsində (75-85%) kəskin hepatit C infeksiyası xroniki hepatit C infeksiyasına çevrilir. Xroniki hepatit C ciddi sağlamlıq problemlərinə (sirroz, qaraciyər xərçənginə) və hətta ölümə səbəb ola biləcək həyat boyu davam edə biləcək xəstəlikdir. Hepatit C üçün heç bir peyvənd yoxdur.

0 points