Havay tipli vülkanlar nəyi ilə fərqlənir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Havay tipli vulkanların lavaları əsasi tərkibli olduğundan duru olub axıcılıq qabiliyyəti böyük olur. Elə bu səbəbdən də kraterdən xaricə püskürən lavalar uzaq məsafələrə yayılır və lava ğzündən əvvəlki lavanın üzəri ilə axaraq bir neçə qat əmələ gətirir. Bu tip lavalarda partlayış olmur, lava kraterin içərisində qaynayan bir gölü xatırladır. Arabir oradan xaricə, sel kimi axaraq 40-50km və bəzən daha çox məsafə qət edir. Lava selinin sürəti saatda 30km olub, pilləşəkilli eniş yerlərində çay şəlalalarinə bənzəyən lava şəlalalari əmələ gətirirlər.

Havay tipli vulkanlara Havay adalarında, İslandiyada olan vulkanları misal göstərə bilərik.

0 points