Havay adaları haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Sakit okeanın şimalında 19-29 dərəcəlik enliklər arasında yerləşən vulkanik adalardır. Bu adaları ilk dəfə 1778-ci ildə Ceyms Kuk kəşf etmişdir və admiral Sandviçin şərəfinə adaya Sandviç adını vermişdir.

Hazırda da adada çoxlu sayda fəal vulkanlar mövcuddur. Bunlardan ən hündürləri Mauna-Lua və Kilaueadır.

Havay arxipelaqı 8 böyük adadan ibarətdir: Oahu, Havay, Maui, Kauai, Lanai, Molokay, Niihau və Kahoolavedir. 1898-ci ildə Havay adaları ABŞ tərəfindən işğal edilib və 1959-cu ildən isə rəsmi olaraq ABŞ-n 50-ci ştatı elan edilmişdir.

Havay adalarının paytaxtı əhalisinin 80% dən çoxunun yaşadığı Honolulu şəhəridir. Dövlət dili ingilis dili olmasına baxmayaraq əhali ən çox havay dilindən istifadə edir.

0 points