Tornado answered
Salvadorda fəal vulkanlar çoxdur və bunlardan biri də İsalko vulkanıdır. Bu vulkan daima püskürür. Maraqlı olan budur ki, vulkan hər 8 dəqiqədən bir 300 m hündürlüyə çatan kül sütünu tullayır. Bu kül sütununun şəfəqləri Sakit okeanda görsənir və dənizçilər bundan mayak kimi istifadə edirlər.
Ona görə İsalko vulkanını Sakit okeanın mayakı və ya Mərkəzi Amerikanın mayakı adlandırırlar.