"Banan Respublikaları " siyasi qeyri sabitliyin mövcud olduğu Latın Amerikası Respublikalarına (Meksika istisna olmaqla) verilən addır. Bu ölkələrin əsas xüsusiyyətləri ümummilli məhsulun aşağı göstəricisi, infrastrukturun, təhsilin, iqtisadiyyatın geridə qalması, xarici kapitaldan asılılıq, infilyasiya, büdcə kəsirləri, milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi xarakterikdir.
Dar mənada bu ifadəni uzun illər ABŞ-n meyvə şirkəti olan "Çhikita " region ölkələrinin iqtisadiyyatı və siyasətinə güclü təsiri olduğuna görə, Mərkəzi Amerika ölkələri üçün işlətmişdir. Müasir dövrdə bu ifadəni satılmış, iqtisadiyyatı çökmüş, korrupsiyaya uğramış, böyük miqdarda xarici borcu olan, əhalisinin əksəriyyəti yoxsulluq içində yaşayan ölkələr üçün işlədirlər.