Tornado answered
Qütb gecə və gündüzlərinin sərhədləri qütb dairələrindən götürülür. Yəni, 66.5 dərəcəlik şimal enliyindən şimalda və 66.5 dərəcəlik cənub enliyindən cənubda qütb gecə və gündüzləri müşahidə edilir.
Qütb gecə və gündüzlərinin uzunluqları isə qütb dairəsindən qütbə getdikcə çoxalır, qütblərdə isə 6 aya çatır.
Qütb gecə və gündüzlərinin müşahidə edildiyi ölkələr Rusiya, Finlandiya, İsveç, Norveç, Danimarka (qütb dairəsi Qrenlandiyanı kəsdiyinə görə), Kanada və ABŞ-dır.