Hansı məşhur səyyah öz gündəliyini "Üç dəniz arxasında səyahət" adlandırmışdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

XV əsrin məşhur rus səyyahı Afanasi Nikitin 8 illik səyahətini yazmış olduğu gündəliyini "Üç dəniz arxasında səyahət" adlandırmışdır. Bu üc dəniz Xəzər, Ərəbistan və Qara dəniz olmuşdur. Səyyah öz səyahəti zamanı bu dənizlərdən keçmişdi. Səyahətdə Nikitinin məqsədi Şərq bazarında pus mallarına olan tələbatı öyrənmək olmuşdur. O, səyahətinə qədim rus şəhəri Tverdən başlamışdır. 

Həştərxan yaxınlığında qarət olunan səyyah yoluna davam edib Dərbəndə oradan Bakıyavə daha sonra İrana və oradan Hindistana getmişdir. Hindistanda Nikitin Bəhmənilərin vəziri Mahmud Havanla tanış olur, məhs onun sayəsində yerli hakimlərin təzyiqindən xilas olur. Nikitin Hindistanda üç il qaldıqdan sonra geriyə qayıdarkən İran və Türkiyədən keçir və Qara dəniz vasitəsilə Rusiyaya gəlir. Afanasi Nikitin Smolensk şəhərində vəfat edir. 

Fars, türk və hind dillərini öyrənmiş olan səyyah gəzdiyi ölkələrin adət ənənələri, məşhur ziyarətgahları, dini inancları, yeməkləri, silahları, geyim dəbləri və demək olar ki, hər şeylə maraqlanırdı və onları qed edirdi.

0 points