Hansı landşaft "mədəni landşaft" adlanır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İnsanların öz tələbatlarını ödəmək məqsədi ilə yaratdıqları landşaft "mədəni landşaft " adlanır. İnsanlar daima təbiəti dəyişdirib ondan öz məqsədləri üçün istifadə etmişlər. Əkin sahələri yaradmış, su olmayan yerlərə su çəkmiş və orada bağ salmış, əkin sahələri yaratmışdır, meşələr arası talalarda və yaxud meşələri qırıb onların yerində plantasiyalar yaratmış, dağlıq ərazilərdə terraslar yaradaraq orada mədəni bitkilərin əkilib becərilməsinə nail olmuşlar.

"Mədəni landşaft " terminini ilk dəfə alman coğrafiyaşünası Otto Şluter işlətmişdir. Amerikalı fiziki coğrafiya üzrə mütəxəssis Karl Zauer özünün, mədəni landşaft konsepsiyasının inkişafında mühüm töhfə olan "Landşaftın morfologiyası " kitabında mədəni landşaftın təkamülünü izah etmək üçün aşağıdakı ifadəni işlətmişdir. "Mədəniyyət başlanğıcdır, təbii ərazi vasitədir, mədəni mənzərə nəticədir".

0 points