Su hövzələrində terrigen çöküntülər sahildən 200-300km uzağa aparıla bilmədiyindən və okeanın eni bundan qat-qat çox olduğundan (məsələn Sakit okeanın eni 9000km-ə bərabərdir) onların dibində terrigen çöküntülərlə heç bir ümumi cəhəti olmayan çöküntülər toplanır. Bu çöküntülərə ancaq dənizdə rast gəlinir və pelajik çöküntülər adlanır. Onlar üzvi və qeyri-üzbi mənşəli ollurlar.
Üzvi çöküntülər, qlobigerina lili- bu lil qlobigerina və ona oxşar başqa mikroskopik orqanizmlərin toplanmasından əmələ gəlib. Bu çöküntülər 5 və ya 6 min metr dərinliklərdə rast gəlinir. Diatome lili-qızılı sarı rəngdə olub diatome yosunlarının silisli qarışığından ibarətdir. Radiolariya lili-Sakit okeanın mərkəzi hissələrində olub radiolariyaların silisli qabıqlarından ibarətdir. Dərin dənizlərin qırmızı gili.Bu gil vulkan tozu və kosmik tozun aşınma materiallarından ibarətdir. Tərkibində çox az kalsium karbonat olması ilə səciyyələnir.