Hansı çöküntülər littoral çöküntülər adlanır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Littoral latın sözü olub "sahil" deməkdir. Littoral şöküntülər sahil və ya şelf cöküntüləri də adlana bilir. Bu çöküntülərin yaranmasına səbəb süxur qırıntılarının dağılıb bir yerdən başqa yerə aparılması səbəb olur. Bu hissədə vulkan qumu, mərcan qalıqları və heyvan qalıqlarının hissələri də çökə bilər. Littoral çöküntülər dəniz dibində ölçülərinin böyüklüyünə görə paylanır. Qurudan gətirilmiş terrigen çöküntülərdən (maqmatik süxurların parcalanmasından yaranan çöküntülər) başqa littoral sahədə üzvi çöküntülər də geniş yayılmışdır. 

Litteral sona dib orqanizmləri və planktonlar yaxşı inkişaf edirlər. Bu orqanizmlər toplaşaraq qalın laylar əmələ gətirirlər. Bəzən suyun çox güclü hərəkəti bu ərazidə olan kiçik dənəli materialları yuyub aparır və burada ancaq çınqıl kimi iri dənəli materiallar qalır. Məsələn, Nansen müəyyən etmişdir ki, Skaqerrak Katteqat boğazlarında cərəyanın güclü axını sayəsində 165m dərinlikdə çınqıl və qumdan başqa çöküntülərə rast gəlinmir. Litteral zonanın sərhədləri yerli şəraitdən asılı olaraq dəyişə bilir. Onların çökdüyü dərinlik 20m-lə 200m arasında dəyişə bilir. 

0 points