Hansı bitkinin vətəni Cənubi Amerika ölkələri olsa da ən çox şimal ölkələrində becərilir?
Tornado answered
Təbii olaraq Cənubi Amerikada bitən bu bitkinin 200- dən çox növü məlumdur. Vətəni əsasən Peru, Ekvador, Boliviya olan bu bitki Avropaya 1565-ci ildə (İspaniyaya) gətirilib.
Hazırda demək olar ki, bütün dünyaya yayılmış olan bu bitki kartof bitkisidir. Ən çox kartof istehsal edən ölkələr Polşa, Fransa, Almaniya, Rusiya, Çin və s.-dir.Yüksək məhsuldarlığa malik kartof hər hektarına 150-160 sentner məhsul verir.
Bəzi xəstəliklərin müalicəsində (mədə yarası, tənəffüs yolları, vərəm, onikibarmaq bağırsaq ) kartof dan xalq təbabətində istifadə edilir.
