Tornado answered
Hansı bitkilərin ki, məhsulundan sənayedə xammal kimi istifadə edilir o bitkilərə texniki bitkilər deyirlər. Belə bitkilərə misal olaraq, şəkər qamışı, şəkər çuğundurunu, pambığı, kətanı, kauçuk ağacını (heveya), çay, qəhvə, kakaonu və s.-i göstərə bilərik.
Texniki bitkilərin bəzilərindən ikitərəfli istifadə etmək mümkündür. Pambıq, kətan, çətənə kimi lifli bitkilərin həm lifindən istifadə edirlər, həm də onlardan yağ istehsal edirlər. Pambığın çiyidindən heyvandarlıqda yem kimi də istifadə etmək olur.